Buz bağlayacaq yollarla bağlı XƏBƏRDARLIQ
22 fevral 2023 15:35 (UTC +04:00)

Buz bağlayacaq yollarla bağlı XƏBƏRDARLIQ

Fevralın 23-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

# 2205
avatar

Oxşar yazılar