Bu il qidadan zəhərlənənlərin SAYI AÇIQLANDI
27 oktyabr 2022 12:29 (UTC +04:00)

Bu il qidadan zəhərlənənlərin SAYI AÇIQLANDI

Son bir il ərzində qida zəhərlənsi ilə bağlı 573 müraciət daxil olub

Lent.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, bu il 272 nəfər qidadan zəhərlənib:

“873 nəfərin zəhərlənməsi ilə bağlı yanlış informasiya verilib. Araşdırma nəticəsində məlum olub ki, 272 nəfərin qida zəhərlənməsinə məruz qaldığı təsdiq olunub. Qida zəhərlənmələri peşəkar diaqnoz tələb etdiyindən, tələsmək lazım deyil".

# 1542
avatar

Arzu Qurbanlı

Oxşar yazılar