Bir "Shagman" malı zibilliyə tökdülər:  Yararsız imiş
22 fevral 2023 11:41 (UTC +04:00)

Bir "Shagman" malı zibilliyə tökdülər: Yararsız imiş

İstehlaka yararsız qida məhsulları məhv edilib.

Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən Lent.az-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı AQTA-ya müraciət daxil olub.

Müraciət əsasında, “Milla Dairy” MMC-yə məxsus 2 adda 12,5 ton müxtəlif növ dondurma məhsulu, “Qurman Plyus” MMC-yə məxsus 15 ton müxtəlif növ ət və süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

# 2478
avatar

Fidan İlqar

Oxşar yazılar