Bir ildə  dörd dəfə   ana oldu
20 aprel 2022 11:36 (UTC +04:00)

Bir ildə dörd dəfə ana oldu

Treysi adlı 45 yaşlı amerikalının 13 ayda 4 övladı olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadının dediyinə görə, 10 yaşında olan böyük oğlu özünü tənha hiss edib, qardaş və ya bacı arzusunda olub. Bundan sonra o, surroqat ananın xidmətlərindən istifadə etmək qərarına gəlib, lakin müqavilə imzalanan gün o, özü hamilə olduğunu aşkar edib. Surroqat ana əkizləri Payper və Preslini, o özü isə Harlou adını verdiyi bir qızı dünyaya gətirib.

Elə həmin il Treysi yenidən hamilə qalıb. Onun sonuncu oğlu 29 həftəlik hamiləlikdə, vaxtından əvvəl doğulub.

Buna baxmayaraq, valideynlər körpəyə qayğı göstərə biliblər və o, tamamilə sağlam böyüyür. “Bu, böyük bir macəradır. Mənim beş - bir yeniyetmə və dörd məktəbəqədər uşağım var və biz Nyu-Yorkun mərkəzində yaşayırıq!” - qadın deyib.

# 3180
avatar

Oxşar yazılar