"Başlarına Kəbənin daşı düşsün"  - Fitrə ilə bağlı qalmaqallı açıqlama
28 aprel 2022 18:15 (UTC +04:00)

"Başlarına Kəbənin daşı düşsün" - Fitrə ilə bağlı qalmaqallı açıqlama

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu il üçün Ramazan ayının son günündə veriləcək fitrə zəkatının adambaşına 10-15 manat verilməsi məsləhət görülür.

Sosial şəbəkələrdə apardığımız müşahidələr nəticəsində məlum oldu ki, fitrə zəkatının məbləği insanlar arasında birmənalı qarşılanmayıb. İnsanlar adambaşına hesablanan fitrə zəkatının 10-15 manat olmasını pisləyib.

Düzü bu zamanda mağazadakı qiymətləri nəzərə alsaq, 10-15 manatlıq fitrə zəkatı aztəminatlı ailələr üçün çoxdur. Həmin məbləğdə zəkat ödəyə bilməyən ailələr nə etməlidir?

Məsələ ilə bağlı Lent.az-a danışan ilahiyyatçı Elşad Miri fitrə zəkatına müəyyən bir qiymət tətbiq edilməsini düz hesab etmir:

“Büdcəsi yetməyən ailənin fitrə çıxarmağı məcburi deyil. Elə həmin ailəyə fitrə düşür. Fitrənin məbləğinin müəyyənləşdirilməsi isə çox yanlış qərardır. Çünki elə insan var ki, gündə restorana nə qədər pul xərcləyir. Onun 10-15 yox, daha çox fitrə verməsi məqsədəuyğundur. Bunun əksi olaraq elə ailə var ki, fitrə çıxarmağa pulu yoxdur. O ailələrin özünə fitrə düşür.

Bir sual yaranır: İmkanı olmayan insan fitrəni kimə verəcək? ”.

İlahiyyatçı bəzi dindarların fitrə çıxarmayanların orucunun qəbul olmayacağı ilə bağlı açıqlamalarına da münasibət bildirib:

“Bəzi hacılar deyir ki, fitrə çıxarmayanın orucu qəbul olmur. Bu fikirləri deyənlərin başına getdikləri Kəbənin daşı düşsün”.
 

# 4662
avatar

Fidan İlqar

Oxşar yazılar