Baş prokuror 85 illik yubileyi ilə əlaqədar İlyas İsmayılovu medalla təltif edib -FOTO
20 mart 2023 15:20 (UTC +04:00)

Baş prokuror 85 illik yubileyi ilə əlaqədar İlyas İsmayılovu medalla təltif edib -FOTO

Martın 20-si Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşərək Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi adından təbriklərini və xoş arzularını çatdırmış, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Lent.az xəbər verir ki, görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

# 2238
avatar

Oxşar yazılar