Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
08 mart 2023 12:30 (UTC +04:00)

Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var.

Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

# 10542
avatar

Oxşar yazılar