Bakının əksər yollarında güclü tıxac var - SİYAHI
08 sentyabr 2022 09:06 (UTC +04:00)

Bakının əksər yollarında güclü tıxac var - SİYAHI

Sosial şəbəkələrdə səhər saatlarında Bakıda güclü tıxac olması barədə məlumatlar yayılıb.

Vahid Dispetçer Xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün səhər pik saatlarda paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə  83 avtobusun hərəkət intervalında gecikmələr var. 

1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində   2, 7A, 13, 14, 18, 29,  67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur. 

2. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13 -15 dəqiqə gecikmə müşahidə olunur. 

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə  -  köməkçi yolda  20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-17 dəqiqə gecikmə müşahidə olunur

4. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14 -18 dəqiqə gecikmə müşahidə olunur.  

5. Binəqədi şosesi – şəhər  istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur.

Həmçinin Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellktual İdarəetmə Mərkəzi də paytaxtda tıxac olan yolların siyahısını açıqlayıb. Həmin yollar aşağıdakılardır:

Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
6. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;
7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

# 2211
avatar

Mehman Nəbiyev

Oxşar yazılar