Bakıda svetoforu ağac basdı, sürücülər ÇAŞ-BAŞ QALDI  - FOTO
30 aprel 2022 14:10 (UTC +04:00)

Bakıda svetoforu ağac basdı, sürücülər ÇAŞ-BAŞ QALDI - FOTO

Bakı şəhəri  Yasamal rayonu Əsəd Əhmədov küçəsində sürücülər svetoforu görə bilmir. 

Lent.az xəbər verir ki, buna səbəb ağacın svetaforun üzərini örtməsidir.

Qeyd edək ki, xüsusilə də yaşıl işğın üzəri örtüldüyündən sürücülər daha çox əziyyət çəkir. Onlar nə vaxt dayanacaqlarını bilsələr də, nə vaxt dayanacaqlarını bilmirlər.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, belə yerlərin siyahısı tutulur:

“Bunun kimi yerlərin siyahısı hazırlanıb. Hansı ki, ağaclar yaşıllananda yol nişanları, svetaforları görünməz hala gətirir. Onlarla bağlı araşdırmalar davamlı olaraq aparılır. Siyahı da artıq müvafiq quruma verilib. Həmin qurum tərəfindən də tədbirlər görülür və bu ərazidə də görüləcək". 

# 3753
avatar

Aytəkin Cəlali

Oxşar yazılar