Bakıda havadakı toz nə qədər davam edəcək? - RƏSMİ CAVAB
05 sentyabr 2022 11:06 (UTC +04:00)

Bakıda havadakı toz nə qədər davam edəcək? - RƏSMİ CAVAB

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.

“Dispers toz hissəcikləri  Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

# 2277
avatar

Aytəkin Cəlali

Oxşar yazılar