Bakıda  güclü külək əsəcək,   leysan yağacaq - XƏBƏRDARLIQ
05 iyun 2023 17:05 (UTC +04:00)

Bakıda güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

İyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

İyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı,  ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı, şimşək çaxacağı,  dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

# 12783
avatar

Oxşar yazılar