Bakıda dəm qazının miqdarı normanı keçib
09 may 2023 03:57 (UTC +04:00)

Bakıda dəm qazının miqdarı normanı keçib

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.3, dəm qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə və Sumqayıt şəhərlərində 1.2 dəfə yüksək müəyyən edilib.

Müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

# 1605
avatar

Oxşar yazılar