Bakıda bu yol BAĞLANIR: DİQQƏT!
23 noyabr 2022 14:23 (UTC +04:00)

Bakıda bu yol BAĞLANIR: DİQQƏT!

Binəqədi rayonunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Belə ki, noyabrın 24-ü saat 10:00-dan noyabrın 26-sı saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 

# 2412
avatar

Fidan İlqar

Oxşar yazılar