Baba və nənədən necə aliment almaq olar? - AÇIQLAMA
18 aprel 2022 13:52 (UTC +04:00)

Baba və nənədən necə aliment almaq olar? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu baba və nənədən aliment alınması ilə bağlıdır.

Qanunvericiliyə görə, boşanmadan sonra əgər uşaq varsa, onların ehtiyaclarının ödənməsi üçün atadan aliment alınmalıdır. Ancaq bəzi hallarda ödənişin atadan alınması müxtəlif səbəblərdən mümkün olmur. Belə olduqda əlavə problemlər yaranır və narazılıqlar baş verir. Bəziləri isə alimenti atadan deyil, baba və nənədən tələb edirlər. 

Bəs görək qanunvericiliyə görə, baba və nənədən nə cür aliment almaq olar?

Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, qeyd olunan şəxslərdən aliment almaq üçün əvvəlcə mediasiyaya müraciət edilməlidir.

Daha ətraflı məlumat üçün təqdim edəcəyimiz videonu izləməyiniz xahiş olunur.

Baba və nənədən necə aliment almaq olar?

# 3390
avatar

Mehman Nəbiyev

Oxşar yazılar