"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir
03 dekabr 2022 11:21 (UTC +04:00)

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

Növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022  tarixləri) daha 4 rayonda  saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Lent.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü  Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

# 2415
avatar

Oxşar yazılar