“AzerGold”dun təşkilatçılığı ilə Daşkəsəndəki növbəti tibbi müayinə aksiyası yekunlaşıb
18 sentyabr 2024 15:59 (UTC +04:00)

“AzerGold”dun təşkilatçılığı ilə Daşkəsəndəki növbəti tibbi müayinə aksiyası yekunlaşıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

Lent.az xəbər verir ki, “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri 3 gün müddətində ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Aksiyanın ilk günündə şəhid ailələri, o cümlədən qazi və müharibə iştirakçıları müayinəyə cəlb edilib. Peşəkar həkim briqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, otorinolarinqoloq, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilib. Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1226 xidmət göstərilib.

Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən səyyar tibbi müayinə aksiyası ucqar kənd sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən diaqnostikası və profilaktik müayinə mədəniyyətinin təbliği məqsədi daşıyır. 4 ildir ki, həyata keçirilən aksiyalar zamanı ümumilikdə 2000 nəfərdən çox Daşkəsən sakini ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif xəstəlikləri aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Xatırladaq ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri “AzerGold” QSC tərəfindən mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar. Məqsəd bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsi, bu istiqamətdə icra edilən dövlət siyasətinə əlavə töhfə verməkdir.

“AzerGold”dun təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyası yekunlaşıb  - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Oxşar yazılar