Azərbaycanda koronavirusdan ölənlərin sayı 9900-ə çatdı -  SON STATİSTİKA
22 sentyabr 2022 16:33 (UTC +04:00)

Azərbaycanda koronavirusdan ölənlərin sayı 9900-ə çatdı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, 9 900 nəfər vəfat edib, aktiv xəstə sayı 1 418 nəfərdir.

Ölkədə son sutka ərzində 3 084, hazırkı dövrədək isə 7 228 614 test aparılıb.

# 3411
avatar

Oxşar yazılar