Azərbaycanda koronavirusa  yoluxma sayı   100-ə çatır
13 iyul 2022 18:41 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma sayı 100-ə çatır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 769 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 430 nəfərdir.

Ölkədə son sutka ərzində 1 878, hazırkı dövrədək isə 6 991 514 test aparılıb.

# 2046
avatar

Oxşar yazılar