Azərbaycanda boşananların sayı azalıb
29 dekabr 2022 19:21 (UTC +04:00)

Azərbaycanda boşananların sayı azalıb

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyində ilin yekunları bağlı keçirilən Kollegiya iclasında bildirilib.

 

Qeyd edilib ki, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb:

"Nikahın sayı 60 mini ötüb, boşanma 10%-dək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.

Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb".

# 1905
avatar

Oxşar yazılar