Axır çərşənbədə neçə yanğın oldu? - 2 uşaq xilas edildi
15 mart 2023 10:17 (UTC +04:00)

Axır çərşənbədə neçə yanğın oldu? - 2 uşaq xilas edildi

Fövqəladə Hallar Nazirliyi ötən gün görülmüş işlərlə bağlı statistikanı açıqlayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 98 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində qəza-xilasetmə əməliyyatları zamanı 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

# 1443
avatar

Oxşar yazılar