Antifirizlərlə bağlı sürücülərə XƏBƏRDARLIQ:  "mexanizmi dağıdır"
01 fevral 2023 13:44 (UTC +04:00)

Antifirizlərlə bağlı sürücülərə XƏBƏRDARLIQ: "mexanizmi dağıdır"

Mütəxəssislər avtomobillərə tökülən antifirizlərlə bağlı xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, avtomobil ustaları kortəbii istifadə olunan mavi və qırmızı antifirizlərin təmiri mümkün olmayan problemlərə yol açdığını deyiblər. Ustalar eyni vaxtda qırmızı və mavi antifirizləri istifadə etməmək barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, qışda köhnə maşınlarda mavi, yenilərdə isə qırmızı sözügedən maye istifadə olunmalıdır:

“Qırmızı antifiriz daha organik olaraq bilinir. Əgər onlardan istifadə olunsa maşınlarda həm donma, həm də kiflənmə, oksidləşmə, karbüratorların tıxanma problemləri olmaz. Su da oksidlənir və tərkibində ərp var. Bu vəziyyət qızdırıcıları bağlayır. Köhnə avtomobillərdə yanlış antifiriz istifadəsi mexanizmi dağıdır. Qırmızı və mavi antifirizləri qəti şəkildə eyni avtomobil üçün istifadə etmək olmaz. İkisinin də faktorları fərqli olduğu uyğun görülmür. Buna görə də, avtomobilə hansından tökülübsə, daim o istifadə olunmalıdır”.

# 2526
avatar

Oxşar yazılar