Ali məktəblərə ixtisas seçimi  BAŞA ÇATDI
29 avqust 2022 09:50 (UTC +04:00)

Ali məktəblərə ixtisas seçimi BAŞA ÇATDI

Ali təhsil müəssisəslərinə ixtisas seçimi bu gün 09:00-da başa çatıb.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilir ki, ümumilikdə 66744 ərizə təqdim edilib.

I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi ərizəsi qeydə alınıb.

Qeyd edək ki, ixtisas seçimi avqustun 28-i saat 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı.

Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək

# 3813
avatar

Fidan İlqar

Oxşar yazılar