Ailə başçısını itirənlərə hansı hallarda müavinət verilir? - CAVAB
25 yanvar 2023 17:06 (UTC +04:00)

Ailə başçısını itirənlərə hansı hallarda müavinət verilir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu ailə başçısını itirənlərə müavinətin verilməsi ilə bağlıdır.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Lent.az-a açıqlamasında bildirib ki, ailə başçısı vəfat edibsə, bu zaman əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda müəyyən müavinət verilir.

Onun sözlərinə görə, vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək aylıq müavinət verilir:

“Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin edilir və ödənilir”.

# 2757
avatar

Arzu Qurbanlı

Oxşar yazılar