Baş nazirin sabiq birinci müavini Abbas Abbasov
07 iyun 2021 18:15 (UTC +04:00)

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov

Abbasov Moskvada nə işlə məşğuldur? - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.

Layihəmizdə bu dəfə Baş nazirin sabiq birinci müavini Abbas Abbasovdan bəhs edəcəyik.

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972-1973-cü illərdə hərbi xidmətdə olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri vəzifələrində işləyib.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı seçilib.

A.Abbasov 2006-cı ildə öz ərizəsinə əsasən Baş nazirinin birinci müavini vəzifəsindən azad edilib

İstefaya çıxandan sonra A.Abbasov Azərbaycanı tərk edərək Rusiyaya köçüb. O, burada əvvəlcə yaxın dostu, "AST Şirkətlər Qrupu"nun prezidenti Telman İsmayılovun yanında fəaliyyətə  başlayıb. Bu şirkətin vitse-prezidenti təyin olunub.

Yeri gəlmişkən, sərbəst güləş üzrə idman ustası olan A.Abbasov 15 il Azərbaycan Güləş Federasiyasına rəhbərlik edib.

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov hazırda Moskvada yaşayır.  Ailəlidir, 3 övladı, nəvələri var.

Hazırda Moskvada yaşayır, Rusiya və Türkiyədəki biznesini idarə edir.

# 8565
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar