Önder Ergönülün koronavirusla bağlı açıqlamaları rəsmi mövqe deyil - ÜST
18 mart 2020 14:27 (UTC +04:00)

Önder Ergönülün koronavirusla bağlı açıqlamaları rəsmi mövqe deyil - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Önder Ergönülün Azərbaycanda koronavirusla bağlı vəziyyətə dair səsləndirdiyi fikirlərə münasibət bildirib.

ÜST-ün Azərbaycan nümayəndəliyindən Lent.az-averilən xəbərə görə, bu açıqlama onun şəxsi fikirləridir və ÜST-ün rəsmi mövqeyini əks etdirmir: “ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVID-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-ün Azərbaycandakı ölkə ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökumətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası daxil olmaqla önəmli sahələrdə əməkdaşlıq edir. Fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir”.

Qeyd edək ki, ÜST-ün koronavirusla əlaqədar Azərbaycanda olan, müşahidə edən və hesabat hazırlayan türk nümayəndəsi Önder Ergönül bildirib ki, Azərbaycanda vəziyyət çox pis ola bilər: “Test etmə mərkəzləri yoxdur, infeksiya müayinə mərkəzləri yoxdur. Bu, çox vacib bir şeydir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105
avatar

Oxşar yazılar