Koronavirusa görə iflic olan tibb işçisi möcüzə nəticəsində sağaldı
21 aprel 2020 17:00 (UTC +04:00)

Koronavirusa görə iflic olan tibb işçisi möcüzə nəticəsində sağaldı

İngiltərənin Kent qraflığının Dartford şəhərində koronavirusdan iflic olan rentgenoloq möcüzəvi şəkildə sağalıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Pol Skeqq aprelin 3-də COVID-19 pnevmaniyasına görə xəstəxanaya düşüb. 

Xəstəlik zamanı onda nadir xəstəlik olan Qiyena-Barre adlanan sindrom inkişaf edib. Bu zaman bədənin bağırsaq və ya ağciyər infeksiyasına qarşı immunitet reaksiyası sinir sisteminə ziyan vururş Nəticədə tibb işçisi tamamilə iflic olub. 

11 gün sonra intensiv terapiya şöbəsində olan Skeqq sevgilisinə zəng vuraraq ona evlənmək təklif edib. Qız sevincək razılaşıb. 

Qabaqcıl müalicə sayəsində Skeqq tam sağalıb. Aprelin 19-da isə “Facebook”da koronavirusa qalib gələn tibb işçisinin xəstəxana heyətinin alqışları altında dəhlizdə yeriməsi ilə bağlı video paylaşılıb. 

“Onun tezliklə sağalması əsl möcüzədir”, - həkim Kvan söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1385
avatar

Oxşar yazılar