Karantin zamanı sağlamlığınızı necə qoruya bilərsiniz? – ÜST-ün tövsiyələri
07 aprel 2020 10:24 (UTC +04:00)

Karantin zamanı sağlamlığınızı necə qoruya bilərsiniz? – ÜST-ün tövsiyələri

 

Koronairus pandemiyası səbəbindən özünü təcrid zamanı artıq çəki almamaq və sağlamlığı qorumaq üçün nələri etmək lazımdır?

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkiatının Avropa ofisinin rəhbəri Joao Breda bəzi tövsiyələrini açıqlayıb.

Onun sözlərinə görə, ilk növbədə gün ərzində məşq üçün fasilə verilməsi vacibdir. 

“Bu istənilən ifaçının musiqisi altında rəqs etmək, uşaqlarla oynamaq, kiçik təmizlik və ya bağa baxmaq ola bilər”, - Breda söyləyib.

O, telefonla danışıq zamanı otaqda gəzişməyi və bir yerdə 30 dəqiqədən çox oturmamağı da tövsiyə edib. 

Mütəxəssis xatırladıb ki, sağlamlığı qorumaq və orta statistik insanın normal çəksini saxlamaq üçün ən azı həftədə 75 dəqiqə yüksək intensivli fiziki yüklənmə, yaxud 150 dəqiqə orta intensiv fəallıq vacibdir. 

“Bu normaya hətta evdən çıxmamaqla, xüsusi idman qurğuları və məhdud ərazidə də əməl etmək olar”, - mütəxəssis qeyd edib. 

Qidalanmağa gəldikdə, Breda duz, şəkər və yağ qəbulunu azaltmağı, eləcə də qida həzmini yaxşılaşdıran lif qəbulunu artırımağı məsləhət görür. Hər yeməyin tərəvəz, meyvə, paxlakimilər və tam dənli bitkilərdən ibarət olması məsləhət görülür. Bundan əlavə, daha çox su içməyi, spirtli içkidən imtinanı da tövsiyə edir. 

“Alkoqol kömək etmir, hətta əksinə bu maddə psixikaya təsir edir, asılılığa səbəb olur və sağlamlığa zərər verir”, - ekspert qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar