24 sm qar yağıb  - FAKTİKİ HAVA
14 yanvar 2023 16:18 (UTC +04:00)

24 sm qar yağıb - FAKTİKİ HAVA

Yanvarın 14-nə olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, yanvarın 14-də arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm, Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada 9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki, Qəbələdə 4 sm olub.

Külək cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək güclənib.

Duman Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1.0°-dək aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5° isti, Naxçıvan MR-da 6-13° şaxta, dağlıq rayonlarda 8-11° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

# 4170
avatar

Oxşar yazılar