“Erməni KİV-in yaydığı məlumatın heç bir əsası yoxdur” – Rəsmi AÇIQLAMA
18 mart 2020 11:29 (UTC +04:00)

“Erməni KİV-in yaydığı məlumatın heç bir əsası yoxdur” – Rəsmi AÇIQLAMA

Ermənistan KİV növbəti təxribata əl atıb.

 

Rəsmi İrəvan ordudakı COVID-19 koronavirus pandemiyası ilə bağlı yoluxmaları gizlətmək üçün müxtəlif xarakterli dezinformasiyalar yayır.

 Erməni KİV-ləri və rəsmi orqanları bir tərəfdən orduda koronavirusa yoluxanların olmadığını iddia etməklə yanaşı, digər tərəfdən son günlər Azərbaycan Ordusunun 3, Sərhəd Xidmətinin isə 1 hərbi qulluqçusunun virusdan öldüyü barədə dezinformasiyalar yayır.

Lent.az bununla bağlı nazirlik və xidmətə sorğu göndərib.

 Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, erməni KİV-ləri tərəfindən yayılan məlumatın heç bir əsası yoxdur və daxili ictimai-siyasi gərginliyin aradan qaldırılmasına hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3303
avatar

Oxşar yazılar