Vüsalə Mahirqızı APA-da yayımlanan araşdırmanın əsaslandığı sənədləri açıqladı - <span style="color:red;">SİYAHI
30 aprel 2015 12:47 (UTC +04:00)

Vüsalə Mahirqızı APA-da yayımlanan araşdırmanın əsaslandığı sənədləri açıqladı - SİYAHI

0

 

“APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib.

 

APA-nın məlumatına görə, V. Mahirqızı bildirib ki, araşdırma müvafiq sənədlər əsasında hazırlanıb: “Ancaq təəssüf edirəm ki, həmin yazıda adı çəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar. Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir".

 

V. Mahirqızı deyib ki, APA fəaliyyəti dövründə heç vaxt fakta əsaslanmayan yazı hazırlamayıb: "Bu dəfə də istisna deyil. Biz bir daha sübut etdik ki, fakt, sənəd olmadan yazı yazmırıq".  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar