Azərbaycan prezidenti İlham Əliyevin Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovu vəzifəsindən azad etməsi Türkiyə mediasında maraqlı başlıqlarla yayılıb.
Lent.az-ın xəbərinə görə, Türkiyənin “Yeni Şafak” qəzeti “Əliyev Gülən Camaatının önəmli ismini görəvdən aldı” başlıqlı xəbər yayıb.
Xəbərdə bildirilib ki, Azərbaycan prezidenti İ. Əliyev “F. Gülən Camaatının Azərbaycandakı ən yuxarı ranqlı məmuru olaraq göstərilən E. Aslanovu vəzifəsindən çıxarıb.