Səfirlikdən Nahid Cəfərovla bağlı açıqlama: <span style="color:red;">"Sərbəstdir..."
15 sentyabr 2015 13:03 (UTC +04:00)

Səfirlikdən Nahid Cəfərovla bağlı açıqlama: "Sərbəstdir..."

0

Azərbaycanın Niderlanddakı səfirliyi keçmiş əməkdaşı barədə açıqlama yayıb. Səfirlikdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Nahid Cəfərov artıq bu idarədə çalışmır: “ Son zamanlar mətbuatda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin üçüncü katibi Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barəsində məlumat bəzi bloq və ya portallar tərəfindən təhrif olunmuş formada təqdim edilib. Bildiririk ki, Səfirliyin üçüncü katibi N.Cəfərovun (ona eyni zamanda konsulluq məsələləri də həvalə olunmuşdur). Xarici İşlər Nazirliyindəki fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilmiş və sözügedən şəxs artıq Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində çalışmır. Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı Səfirliyin əməkdaşı kimi N.Cəfərovun adının göstərilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yeniləşdirilir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyildir.

Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir".  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar