<b>Sarkisyanın bu addımı gürcüləri hiddətləndirdi</b> <span style="color:red;">- FOTO
03 sentyabr 2016 13:36 (UTC +04:00)

Sarkisyanın bu addımı gürcüləri hiddətləndirdi - FOTO

0

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyi"nin ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində separatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanıdan olan nümayəndələrlə görüşüb.

 

APA-nın xəbərinə görə, bu barədə separatçı rejimin prezident aparatının rəhbəri David Tonoyan “Azadlıq Radiosu”na bildirib.

 

D. Tonoyan qeyd edib ki, Xankəndində keçirilən mərasimdə separatçı Abxaziyanın vitse-prezidenti Vitaliy Qabniya, separatçı Cənubi Osetiyanın administrasiya rəhbərinin müavini Konstantin Puxayev və separatçı Dnestryanının "regionlar naziri" Pyotr Qujex iştirak ediblər.

 

S. Sarkisyanın bu addımı artıq Gürcüstanda ciddi narazılıqla qarşılanıb.

 

Qeyd edək ki, tədbirlərdə separatçı rejimlərin nümayəndələrindən başqa iştirak edən olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar