Referendumda 4 yerli təşkilat "exit-poll" keçirmək istəyir - SİYAHI
06 sentyabr 2016 14:21 (UTC +04:00)

Referendumda 4 yerli təşkilat "exit-poll" keçirmək istəyir - SİYAHI

0

 

Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda "exit-poll" keçirmək üçün müraciət edən təşkilatlar bəlli olub.

 

Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, "exit-poll" keçirmək üçün 4 təşkilat MSK-ya müraciət edib.

 

Müraciət edən təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Els” Müstəqil Araşdırmalar Mərkəzi və “Rəy” Monitorinq Mərkəzidir.

 

Qeyd edək ki, referendumda "exit-poll" keçirmək üçün ayrılan müddət sentyabrın 6-dək olan dövrü əhatə edib. MSK sentyabrın 16-dək qərar verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar