QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətləri artırıldı
21 oktyabr 2015 18:50 (UTC +04:00)

QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətləri artırıldı

0

Prezident İlham Əliyev oktyabrın 21-də “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

 

Lent.az AzərTAc-a isitnadən xəbər verir ki, sənədə əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetini məlumatlandırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 433

Oxşar yazılar