QHT-lərə Dövlət Dəstəyi Şurasına üzvlər təyin edildi <span style="color:red;">- SİYAHI
20 aprel 2016 19:12 (UTC +04:00)

QHT-lərə Dövlət Dəstəyi Şurasına üzvlər təyin edildi - SİYAHI

0

Prezident İlham Əliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilib:

 

dövlət orqanlarından

 

Quliyev Vüsal İlham oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

 

Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

 

Hacıyev Zakir Yusif oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

 

qeyri-hökumət təşkilatlarından

 

Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

 

Eyvazova Nərgiz Xələf qızı - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

 

Həsənli Emin Əliyar oğlu - Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

 

Qonaqov Rufiz Rəhim oğlu - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

 

Quliyev Azay Əjdər oğlu - Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri

 

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

 

Xəlilov Anar Əhməd oğlu - Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

 

Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

 

Bundan başqa ölkə başçısı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli Sərəncamı ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar