İyunun 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən 23-cü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilib. APA-nın verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə qonaqlarla söhbət edib.
Sonra prezident İlham Əliyev mərasimdə çıxış edib.
Şam yeməyinin sonunda ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç yüksək qonaqpərvərliyə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.