İlham Əliyev Qırğıstan və Malayziyanın dövlət rəhbərlərini təbrik edib
30 avqust 2014 19:13 (UTC +04:00)

İlham Əliyev Qırğıstan və Malayziyanın dövlət rəhbərlərini təbrik edib

0

Prezident İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha və eləcə də qırğız həmkarı Almazbek Atambayeva təbrik məktubu göndərib. Lent.az AzərTAc-iatinadən verdiyi məlumata görə, təbriklərdə deyilir:

“Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim sülh və firavanlıq diləyirəm”.

 

 

Qırğızıstan prezidentinə ünvanlanmış təbrikdə isə deyilir:

 

“Qırğızıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcək. Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar