Ümummilli lider Heydər Əliyevin vəfatından 11 il keçir. Səhər saatlarından Fəxri Xiyabanı minlərlə insan ziyarət edib.
Prezident İlham Əliyev və ailə üzvləri, dövlət rəsmiləri, siyasi partiyalar, eləcə də paytaxt sakinləri, respublikanın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xXiyabanda Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirlər.