Prezident seçkiləri ilə bağlı bu prosedurlar <span style="color:red;">SABAH başa çatır
31 mart 2018 09:01 (UTC +04:00)

Prezident seçkiləri ilə bağlı bu prosedurlar SABAH başa çatır

0
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində respublikanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək, yəni aprelin 1-dək təqdim edilməlidir.
 
Aprelin 1-də, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi müddəti başa çatır.
 
"Exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi də aprelin 1-dək başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 475

Oxşar yazılar