Prezident İlham Əliyev Monteneqronun spikeri və baş naziri ilə görüşüb
12 mart 2013 16:27 (UTC +04:00)

Prezident İlham Əliyev Monteneqronun spikeri və baş naziri ilə görüşüb

0

Martın 12-də Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev “Villa Qoritsa” Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşüb.Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bu səfərin Azərbaycanla Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edilib.
Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirilib.

Monteneqro Respublikasında rəsmi səfərdə olan Azərbaycan prezidenti bu ölkənin baş naziri Milo Dukanoviç ilə də görüşüb. 
Görüşdə Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar