Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib
25 fevral 2013 17:03 (UTC +04:00)

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib

0

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 25-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlət başçısını təbrik edən Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğulayıb. H. Kerali ölkəmizdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirib. 
 

Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib. 
Görüşdə Dünya Bankı ilə ölkəmizdə, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar