Prezident İlham Əliyev “Holcim Group” və “McKinsey&Sompany” şirkətlərinin rəhbərləri ilə görüşüb
23 yanvar 2013 16:18 (UTC +04:00)

Prezident İlham Əliyev “Holcim Group” və “McKinsey&Sompany” şirkətlərinin rəhbərləri ilə görüşüb

0

Prezident İlham Əliyev yanvarın 23-də Davosda “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, 
ötən il Bakıda “Holcim Group” şirkətinin sement zavodunun açılışında prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan Bernard Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirib. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirib.


Prezident İlham Əliyev “Holcim Group” şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini qeyd edib. Dövlət başçısı bu şirkət ilə ölkəmiz arasında əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğulayıb. Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti “McKinsey&Sompany”nin rəhbəri Dominik Barton ilə də görüşü olub.


Görüşdə “McKinsey&Sompany” şirkətinin rəhbəri Dominik Barton Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Son vaxtlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkəmizdə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğulayıb. 
Azərbaycan Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və ölkəmizdə bu işə diqqətin artdığını deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyanın bu sahədə tanınmış müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar