Azərbaycan prezidenti İlham Əliyev“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” 2002-ci il 30 iyun tarixli 965 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:
Komissiyanın sədri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Komissiya sədrinin müavini
Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi
Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Şair Alxasov - Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Eyvaz Qurbanov - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi
Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə dəyişikliklər barədə Rusiya tərəfinə bildiriş göndərmək tapşırılıb.