Prezident ABŞ və NATO ilə bağlanan sazişi təsdiq edib
02 noyabr 2015 18:39 (UTC +04:00)

Prezident ABŞ və NATO ilə bağlanan sazişi təsdiq edib

0

 

Prezident İlham Əliyev Azərbaycanla Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” sazişin təsdiq olunması ilə haqqında qanunu təsdiq edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qanuna əsasən  hər iki ölkə tərəfindən 2015-ci il sentyabrın 9-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib

 

Ölkə başçısı eləcə də, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanun təsdiq edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar