Parlamentdə Fətullah Gülən <span style="color:red;">MÜBAHİSƏSİ
25 fevral 2014 12:35 (UTC +04:00)

Parlamentdə Fətullah Gülən MÜBAHİSƏSİ

0

Parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı 20-ə qədər azərbaycanlı deputatın Fətullah Gülən “camaat”nın üzvü olması xəbərlərinə Z.Oruc münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, o, deyib  ki,  bu siyahıda adları hallanan deputatların kimliyindən asılı olmayaraq, belə bir məsələnin qabardılması Azərbaycanı Türkiyədə baş verən proseslərə qatmağa yönəlib.

Z. Oruc deyib ki, hətta bu deputatlara hər ay F. Gülənin vəsait ödənildiyi də qeyd edilir: “Mən hesab edirəm ki, bütün bunlar Azərbaycan deputatlarına qarşı təxribatdır. Çünki Fətullah Gülən "camaatı"nın, “Nurçular”ın Azərbaycanda yalnız təhsil sektoruna təsiri var, onların başqa sahədə marağı yoxdur”.

Oqtay Əsədov deputata çıxışına görə irad tutub: “Sən niyə o "camaat" barədə iclasda məsələ qaldırırsan? Məgər o məsələ parlament iclasının yeridir? Deyirsən ki, bu təxribatdı, qeyri- ciddi söhbətdir. Əgər qeyri - ciddi söhbətdirsə niyə bunu burada edirsən?! Nəinki sənin  o dediklərinin, heç belə çıxışın bu iclasda yeri yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1474

Oxşar yazılar