Oqtay Əsədovdan deputatlara ciddi irad:<span style="color:red;"> “Telefonla danışmayın”
15 may 2015 12:16 (UTC +04:00)

Oqtay Əsədovdan deputatlara ciddi irad: “Telefonla danışmayın”

0

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputatlara xəbərdarlıq edib. Lent.az-ın məlumatına görə, O,Əsədov gündəliyin müzakirəsi zamanı çıxışını yarımçıq kəsərək deputatlara səslənib:

“İclasın gedişi zamanı telefonla danışmağı, harasa durub getməyi və sair işləri yığışdırın. Bir-birimizə hörmət edək. Ayda iki-üç dəfə iclas keçiririk, ona da belə hörmətsiz yanaşmayın”. Bundan sonra spikerin irad tutduğu deputatlar gündəliyin müzakirəsinə qoşulublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 690

Oxşar yazılar