Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, sənəddə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyət daşıyan tərəfdaş olduğu və tərəflər arasında 20 ildir ki, bir çox sahədə, o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa, narkotiklərə və insan alverinə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və s. səmərəli əməkdaşlığın inkişaf etdiyi edilib.
Qətnamədə həmçinin Azərbaycanın iqtisadi sahədə böyük uğurları vurğulanaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin təşəbbüskarı olduğu vurğulanıb.
Xatırladaq ki, keçən il Missisipi ştatı Nümayəndələr palatası Xocalı qətliamını tanımışdı.