Millət vəkili Xədicə İsmayılovanın həbsinə münasibət bildirdi
08 dekabr 2014 15:22 (UTC +04:00)

Millət vəkili Xədicə İsmayılovanın həbsinə münasibət bildirdi

0

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev jurnalist Xədicə İsmayılovanın həbsinə münasibət bildirib.

 A. Quliyev Lent.az-a açıqlamasında vurğulayıb ki, X. İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist  fəaliyyəti ilə bağlılıq yoxdur: “O, konkret bir şəxsin- vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qəti imkan tədbiri seçilib”.

 

A.Quliyevin sözlərinə görə,  əvvəllər ciddi münasibətləri olmuş şəxslər arasında baş verən  hadisəyə  digərinin şikayəti əsasında  hüquq mühafizə orqanlarının qanuni reaksiyasına bəzi qurumlar tərəfindən siyasi don geyindirilməsi cəhdi  anlaşılan deyil və qətiyyən yol verilməzdir.  “Ən azı ona görə ki, Xədicə İsmayıl  hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır.  Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir. Azərbaycanda söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar