Məzahir Pənahovdan seçki komissiyalarına XƏBƏRDARLIQ
20 avqust 2016 13:07 (UTC +04:00)

Məzahir Pənahovdan seçki komissiyalarına XƏBƏRDARLIQ

0

 

"Azərbaycanda keçiriləcək referendumun yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb".

 

APA-nın məlumatlna görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, ölkədə bundan əvvəlki seçkilər də yüksək səviyyədə baş tutub. M. Pənahov referenduma ciddi yanaşılmağın vacibliyini qeyd edib:

 

"Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyid yanaşmağa mənəvi haqqı yoxdur. Referenduma hazırlıq yüksək səviyyədə aparılır. Buna görə həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri həyata keçirilir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar